Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmatçılarımız blits üzrə dünya çempionatının sonuncu turlarında mübarizə aparacaqlar



Dekabrın 30-da Moskvada blits üzrə dünya çempionatının sonuncu turlarının oyunları keçiriləcək.

BrendSport.az xəbər verir ki, dünya çempionatında Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarov 8,5 xalla 9-cu yerdədir. Eltac Səfərli 8, Rauf Məmmədov 7, Qədir Hüseynov 5,5, Namiq Quliyev və Aydın Süleymanlı hərəyə 5 xal toplayıblar. Qadın şahmatçıların mübarizəsində isə təmsilçilərimiz Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə 5,5, Gülnar Məmmədova 5, Türkan və Zeynəb Məmmədyarovalar 4,5 və 4 xal qazanıblar.

Turnir cədvəlində 10 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir.

Qeyd edək ki, dünya çempionatı çərçivəsində rapid yarışları başa çatıb. Turnirdə təmsilçilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. Qrossmeysterimiz 9,5 xalla 12-ci pillədə qərarlaşıb. Rapid yarışlarının qalibi isə 11,5 xalla M.Karlsen olub.


Facebook-da paylaş