Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Sərbəst güləşçilərimiz ALROSA kuboku yarışlarında güclərini sınayacaqlar



Noyabrın 29-30-da Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA kuboku yarışları keçiriləcək.

BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcəklər. Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) turnirdə qüvvələrini sınayacaqlar.

Reqlamentə əsasən, güləşçilər noyabrın 29-da Olimpiya çəkiləri üzrə fərdi mübarizə aparacaqlar. Ertəsi gün isə “Lujniki” İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.


Facebook-da paylaş