Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan badmintonçularının “Algeria International 2019” turnirində rəqibləri müəyyənləşib



Oktyabrın 24-dən 27-dək Əlcazairdə keçiriləcək “Algeria International 2019” turnirində iştirak edəcək Azərbaycan badmintonçularının rəqibləri müəyyənləşib.

BrendSport.az xəbər verir ki, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edəcəklər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq badmintonçumuz E.Dviçayo ilk görüşünü belçikalı Elias Brackeyə qarşı keçirəcək. Digər idmançımız E.Qovımuramadhoni isə xorvatiyalı Zvonimir Durkinjakla üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə 36 kişi və 24 qadın badmintonçu iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş