Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Moldova yığması ilə yoldaşlıq oyunları üçün millimizin heyəti açıqlanıb



Oktyabrın 22-dən 25-dək Moldovada təlim-məşq toplanışı keçirəcək və iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq 16 yaşadək futbolçulardan Azərbaycan milli komandasının heyəti açıqlanıb.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışa Ərtoğrul Quliyev (“Qarabağ”), Rəhman Məmmədov (“Sumqayıt”), Nicat Quliyev

(“Səbail”), Bayram Nacafəliyev (“Paxtakor”), Vasif Faracov (“Qarabağ”),

Nəriman Axundzadə (“Qarabağ”), Qurban Səfərov (“Keşlə”), Fariz Xeyrullayev (“Neftçi”), Emil Süleymanov, Nuğay Rəşidov (hər ikisi “Qəbələ”), Nahid Tanrıverdiyev (“Qarabağ”), Namiq Şamilov, İbrahim Ramazanov (hər ikisi “Qəbələ”), Elxan Zeynalabdinzadə (“Sabah”), Amin Qarayev (“Qarabağ”), Mahmud Ağayev (“Zirə”), Firəddin Abdullayev (“Sabah”), Xəyal Əliyev (“Səbail”), Ağadadaş Salyanski və Ayxan Süleymanlı (hər ikisi “Neftçi”) dəvət olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş