Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan badmintonçusu "Egypt International 2019" turnirində dörddəbir finala vəsiqə qazanıb


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən "Egypt International 2019" beynəlxalq turnirində dörddəbir finala vəsiqə qazanıb.

BrendSport.az xəbər verir ki, turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.R.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib. Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb. Dörddəbir final mərhələsində Dviçayonun rəqibi belçikalı Maksim Morels olacaq.

Digər badmintonçumuz E.Qovımuramadhoni isə irlandiyalı Conatan Dolanla qarşılaşıb. Gərgin keçən görüşdə badmintonçumuz 0:2 hesabı ilə uduzub.

Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edəcək. Yarışın mükafat fondu 10 min dollardır.

Xatırladaq ki, badmintonçumuz E.R.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.


Facebook-da paylaş