Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan idmançıları Çində keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcəklər



Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcəklər.

Azərbaycan Uşu Federasiyasından BrendSport.az-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65 kq) təmsil edəcəklər.

Uşu üzrə yığma komandamız dünya çempionatına federasıyanın prezidenti və bas məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında hazırlaşır.

Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş