Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın voleybolçularımızın Olimpiya təsnifat turnirinə hazırlığı uğurla davam edir



Olimpiya təsnifat turnirinə hazırlığımız uğurla davam edir. Milli komandamızın əsas oyunçuları da məşqlərə qoşulublar.

BrendSport.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Əbdüləzimova deyib.

Voleybolçu bildirib ki, Qızıl Avropa Liqasında komandamızın heyətində əsasən gənc oyunçular iştirak etdilər. Bu turnirdə əsas məqsəd gənc voleybolçuların oyun təcrübəsinin artırılması idi.

“Avqustda keçiriləcək təsnifat turnirinə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə gücümüzü sınayacağıq. Turnirdə “D” qrupunda Dominikan Respublikası, Kamerun və Braziliya yığmaları ilə birgə mübarizə aparacağıq. Rəqiblərimiz güclüdür və biz qələbə qazanmaq üçün yarışacağıq. Doğrusu hər zaman qarşımıza qələbə qazanmaq məqsədi qoyulur. Qarşıdakı oyunlarda da həmişə bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”, - deyə voleybolçu əlavə edib.

Qeyd edək ki, avqustun 2-4-də keçiriləcək turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş