Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Velosiped üzrə Azərbaycan yığma komandası “Tokio-2020” üçün növbəti lisenziya xalları qazanıb



Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.

BrendSport.az xəbər verir ki, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığma komandası “Tokio-2020” Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Yığma komandamızın lideri Elçin Əsədov 172 kilometrlik “Orxan Qazi” turunda finiş xəttini beşinci keçməklə 15,122 kilometrlik “İldırım Bəyazid” yarışında isə səkkizinci olmaqla daha üç xal əldə edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.


Facebook-da paylaş