Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Avro-2020” seçmə mərhələsində ilk oyununu keçirib



21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

BrendSport.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eşen şəhərindəki “Sportpark Eschen Mauren” stadionunda keçirilmiş 2-ci qrupun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 10-cu dəqiqədə Şimali İrlandiyadan olan baş hakim Tim Marşallın təyin etdiyi penaltini Noah Frik dəqiq yerinə yetirib.

Azərbaycan millisi növbəti görüşünü sentyabrın 6-da Bakıda Slovakiyaya qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş