Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın velosipedçimiz Türkiyədə keçirilmiş yarışda parlaq qələbə qazanıb



Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından BrendSport.az-a bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş