Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
Aprelin 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

BrendSport.az xəbər verir ki, dörd komandanın iştirakı ilə keçirilən birinciliyin sonuncu turunda əvvəlcə “Lokomotiv” və AVF kollektivləri üz-üzə gəliblər. Görüş “Lokomotiv”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha sonra meydana “Azərreyl” və “Abşeron” komandaları çıxıblar. Maraqlı oyun nümayiş etdirən “Azərreyl”in voleybolçuları 3:0 hesabı ilə qalib gəliblər.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə qadın və kişi voleybolçulardan ibarət ölkə çempionatının qalibləri mükafatlandırılıb. Ölkə birinciliyinin başa çatmasına iki tur qalmış çempionluğunu təmin edən “Azərreyl”ə qızıl medallar və kubok təqdim edilib. “Lokomotiv” yarışın gümüş, “Abşeron” isə bürünc medalına sahib olub.
Kişi voleybolçuların yarışında isə ilk üçlükdə “Lokomotiv”, “Neftçi” və U-19 komandaları qərarlaşıblar.
Mərasimdə ilk olaraq, Azərbaycan Voleybol Federasiyası (AVF) prezidentinin müşaviri Əbülfəz Hüseynov çıxış edərək qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Qarşıda milli komandaları mötəbər yarışların gözlədiyini diqqətə çatdıran Əbülfəz Hüseynov ölkədə idmana göstərilən dövlət qayğısından danışıb.
Sonra komandalara medal, kubok və diplomlar təqdim olunub. Mükafatları AVF-nin birinci vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Vaqif Əliyev, Əbülfəz Hüseynov, milli komandanın meneceri veteran voleybolçu Oksana Kurt, veteran voleybolçu Elmira Atakişiyeva və digərləri təqdim ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş