Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Ağır atletika üzrə Azərbaycan yığmasının Las-Veqasda keçirilən dünya birinciliyində tarixi qələbəsi



ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi Azərbaycan yığma komandası üçün mühüm uğurlarla yadda qalıb.

BrendSport.az Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) saytına istinadla xəbər verir ki, 50-yə yaxın ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışa beş idmançı ilə qatılan milli komandamız böyük uğur qazanıblar. Azərbaycan atletlərindən Ömər Cavadov (55 kq), Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə etdiblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medala layiq görülüb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.

Beləliklə yarışı 6 medalla başa vuran Azərbaycan yığma komandası ağır atletika tariximizə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında beşinci yeri tutub. Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb. İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməyib.

Bu uğurlar son illər Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.


Facebook-da paylaş