Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Karateçi İlahə Qasımova: “Baku Open” turniri Avropa çempionatına hazırlıq baxımından ciddi sınaqdır



“Baku Open” turnirində hazırlığımı bir daha yoxladım. Döyüşlər uğurlu alındı. Bir müddət hazırlıq baxımından zəifləmişdim və qarşılaşmalarda istədiyim kimi çıxış edə bilmirdim. Sevinirəm ki, yarışda qalib adını qazandım.

BrendSport.az xəbər verir ki, Bu sözləri “Baku Open” turnirində 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan birinci Avropa Oyunlarının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, Avropa çempionu İlahə Qasımova AZƏRTAC-a müsahibəsində deyib.

“Baku Open” turnirinin martın sonunda keçiriləcək qitə çempionatına hazırlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayan idmançı bildirib: “Ayın sonunda İspaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. “Baku Open” Avropa çempionatına hazırlıq baxımından ciddi sınaqdır. Əminəm ki, qitə çempionatında maksimum nəticə göstərə biləcəyəm”.


Facebook-da paylaş