Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ömər Cavadov: Qarşıdakı yarışlarda da Azərbaycan bayrağını yüksəltməyə çalışacağam



Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki, bu bürünc medala sahib çıxdım. Məşqçi və müəllimlərimin əməyi böyükdür.

BrendSport.az xəbər verir ki, bu sözləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 55 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Ömər Cavadov söyləyib.

Milli komandamızın gənc idmançısı deyib: “Əvvəlcə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlər edirəm. Eyni zamanda, yığma komandada əziyyətimi çəkən bütün məşqçilərə, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşıdakı yarışlarda da Azərbaycan bayrağını yüksəltməyə çalışacağam”.


Facebook-da paylaş

Xəbəri paylaş