Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağır atletika millimiz dünya birinciliyinə hazırlığı davam etdirir

Ağır atletika millimiz dünya birinciliyinə hazırlığı davam etdirir
Martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından BrendSport.az-a bildiriblər ki, bununla əlaqədar yığmamız Las-Veqas şəhərindəki “Vestqeyt Las Veqas” otelində qurulan məşq zalında çalışmalarını davam etdirir.
Qeyd edək ki, 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının 5 atleti mübarizə aparacaq. Asif Məmmədovun başçiliq etdiyi komandada Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş