Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cəlilabad rayonunda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb

Cəlilabad rayonunda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb
Azərbaycan Kunq-fu Federasiyası (AKFF) idmanın bu regionlarda inkişafı üçün ardıcıl tədbirləri davam etdirir.

Federasiyadan BrendSport.az-a bildiriblər ki, görülən tədbirlər çərçivəsində Cəlilabad rayonunun Göytəpə şəhərində “Cənub” idman klubu fəaliyyətə başlayıb.
Açılış mərasimində federasiyanın rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bölgələrdə idman zalları açılır, yeniyetmə və gənc idmançıların yetişməsi üçün peşəkar məşqçilər dəvət olunur.
Məşqlərə respublika dərəcəli hakim, dünya çempionatının mükafatçısı, Azərbaycan çempionu Elvin Mustafayev rəhbərlik edir.


Facebook-da paylaş

Xəbəri paylaş