Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatının ikinci turunda Azərbaycan şahmatçıları İngiltərə yığması ilə görüşür



Martın 5-də Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının ikinci turunun oyunları keçiriləcək.

BrendSport.az xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları İngiltərə yığması ilə qarşılaşır. İngilislər ilk turda Qazaxıstan komandası üzərində qələbə qazanıblar (2,5:1,5). Millimiz isə Çin yığmasına məğlub olub (0,5:3,5).

İlk turdan kənarda qalan Arkadi Naydiç bu dəfə komandaya kömək edəcək. Şahmatçılarımız Arkadi Naydiç Maykl Adams, Rauf Məmmədov Lyuk Makşeyn, Qədir Hüseynov Devid Houvell, Eltac Səfərli Geveyn Djonsla mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş