Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Serbiyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir



Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

BrendSport.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə yunan-Roma güləşi yığmamızın son 3 üzvü mübarizəyə qoşulub.

İslambek Dadov (72 kq) əvvəlcə Macarıstan, daha sonra isə Avstriya idmançısına rahat qalib gələrək adını yarımfinala yazdırıb. Eltun Vəzirzadə (82 kq) ilk mərhələdə Xorvatiya təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Ardınca isə Rusiya nümayəndəsinə uduzub. Mübarizəyə 1/4 finaldan başlayan Arif Niftullayev (97 kq) debütdə Almaniya güləşçisini üstələyib və yarımfinala yüksəlib.

Yarımfinal qarşılaşmaları axşam seansında baş tutub. İ.Dadov Rusiya, A.Niftullayev isə Gürcüstan təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bu gün bürünc medal uğrunda görüşə çıxacaq. Eltun Vəzirzadə isə təsəlliverici görüşə qatılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş