Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Gənc velosipedçilərimiz İranda keçirilən “Kerman Turu”na uğurla başlayıblar



Ölkəmizin şose velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası İranda keçirilən “Kerman Turu”na uğurla başlayıb.

BrendSport.az xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət millimiz birinci mərhələdə komanda ötüşməsində yarışıb.

44 kilometr məsafəni 57 dəqiqə, 18 saniyəyə başa vuran velosipedçilərimiz bu göstərici ilə ikinci olublar.

Dördgünlük yarışda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir.

Növbəti 3 gün ərzində iştirakçılar müvafiq olaraq 98, 58 və 114 kilometr məsafələrə qrup ötüşməsində mübarizə aparacaqlar.


Facebook-da paylaş