Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçinin köməkçiləri müəyyənləşib



Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin köməkçiləri bəlli olub.

BrendSport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Mario Tokiç və Arif Əsədov milli komandada baş məşqçinin köməkçisi vəzifəsində çalışacaqlar. Dmitri Kramarenko millinin qapıçılar üzrə məşqçisi olacaq.

Qeyd edək ki, Mario Tokiç xorvatiyalıdır və Nikola Yurçeviç onu Bakıya özü ilə gətirib. Arif Əsədov əvvəllər müxtəlif komandalarda baş məşqçi kimi çalışıb. O, “Neftçi” ilə 2010-2011-ci illər mövsümündə Azərbaycan çempionu adını qazanıb. Dmitri Kramarenko isə daha əvvəl Qurban Qurbanovun rəhbərliyi dövründə də məşqçilər heyətində yer alıb.


Facebook-da paylaş

Xəbəri paylaş