Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyədə Xüsusi Qayğıya Ehtiyacı olan İnsanlar arasında stolüstü tennis turnir.



BrendSport.az xəbər verir ki, Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.
Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. 3 ölkədən 600-dən çox idmançının iştirak etdiyi stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar.
Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar.

Belə ki, Turnirdə 12 yaşlıların qrupunda iştirak edən Nicat Həmidov 1-ci,
15 yaşlıların qrupunda Rza Bayramov 2-ci yer,
16 yaşlıların qrupunda Xaqan Əliyev 2-ci yer,
13 yaşlıların qrupunda Kamal Bayramov isə 3-cü yerin sahibi olublar.

Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekunlaşır.









Facebook-da paylaş

Xəbəri paylaş