Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığma üzvlərimiz Ukrayna klubunda




BrendSport.az
xəbər verir ki, Ölkəmizin şosse velosipedi üzrə Elit milli komandasının üzvü Elçin Əsədov və U23 yığmamızın velosipedçisi Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıb. Adları çəkilən idmançılarımız 2019-cu ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcək.

Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş Elit yığmamızın lider idmançısı Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançımız Mahmud Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U23 yaş qrupuna keçib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər.

“Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir.


Facebook-da paylaş

Xəbəri paylaş