Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın güləşçiləri Fransada yarışacaq



Yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya yığmasıyla birgə təlim-məşq toplanışı keçən qadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq.


BrendSport.az xəbər verir ki, fevralın 1-3-də Fransanın Nitsa şəhərində keçiriləcək “Qran-pri”də ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə ədaləti qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş