Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Para taekvondoçularımız dünya çempionatına hazırlaşır




Azərbaycanın para taekvondo üzrə milli yığma komandasının 5-6 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatına hazırlaşır.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, idmançılarımızın təlim məşq toplantısı Azərbaycan Taekvondo Federasiyasının idman zalında davam edir.

Dünya çempionatında komandamızı baş məşqçi Fərid Tağızadə və böyük məçqçi Yaşar Səfərovun rəhbərliyi ilə 11 nəfər idmançımız Sadiq Həmidov (K-43) (-61 kq), Elimxan Manafov (K-43) (-75 kq), Nicat Müslümov (K-42) (-75 kq), Emin Nüsrətdinov (K-44) (-61 kq), İmaməddin Xəlilov (K-44) (-61 kq), Əbülfəz Abuzərli (K-44), (-75 kq), Hüseyn Həsənov (K-44) (-75 kq), Vüsal İsmayılov (K-44) (+75 kq), Vüqar Adışirinov (K-44) (+75 kq), Röyalə Fətəliyeva (K-44) (-49 kq), Aynur Məmmədovaya (K-44) (+58 kq) təmsil edəcəklər.

Azərbaycan Pespublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlqar Rəhimov, ARMPK-nin Vitse prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, ARMPK-nin Baş katibi Kamal Məmmədov, ATF-nın vitse-prezidenti Niyaməddin Paşayev milli komandanın üzvləri ilə görüşüb. Komandaya yaradılan şəraitlə, məşqin gedişatı ilə tanış olan qonaqlar millimizin ötən illər ərzində əldə etdiyi nəticələrini qeyd edərək önümüzdəki çempionatda da eyni uğurların təkrarlanacağına inandıqlarını qeyd ediblər. ARMPK-nin prezidenti İlqar Rəhimov Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun taekvondo federasiyasına göstərdiyi qayğı və dəstəyini xüsusi qeyd edərək ona təşəkkürünü bildirib. ATF vitse-prezidenti Niyaməddin Paşayev dünya çempionatı haqqında məlumat verərək hər zaman komandaya dəsdək olacaqlarını bildirib. Taekvondoçulara uğurlar arzulayan rəsmilər milli komanda ilə birgə xatirə şəkli çəkdiriblər.





Facebook-da paylaş

Xəbəri paylaş