Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Antalya toplanışı üçün millimizin heyəti açıqlanıb



Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yanvarın 19-dan 31-dək Antalyada təlim-məşq toplanışında olacaq.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışa Nicat Mehbaliyev (“Qarabağ”), Nail Alışov (“Neftçi”), Rüstəm Samuqullin (“Stroqino”, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Rusiya), İbrahim Hüseynov, Zamiq Əliyev (hər ikisi “Qarabağ”), Xəyal Muradov (“Qəbələ”), Rauf Hüseynli (“Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov (hər ikisi “Qəbələ”), Murad Məmmədov (“Səbail”), Şakir Seyidov (“Sabah”), Rüfət Abdullazadə (“Sumqayıt”), Ruslan Qəribov (“Sokol”, Rusiya), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə, Vüsal Əsgərov

(hər ikisi “Neftçi”), Samir Qurbanov (“Qəbələ”), Tural Bayramov, Elvin Talıbov (hər ikisi “Qarabağ”), İsmayıl Zülfüqarlı (“Neftçi”), Kamran Quliyev (“Jonova”, Litva), Sərhad Daşdəmir

(“Fylde”, İngiltərə) və Musa Qurbanlı (“Qarabağ”) dəvət olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş