Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc şpaqaçılarımız dünya kuboku yarışlarında güclərini sınayıblar



Gənc şpaqaçılarımız Ruslan Həsənov, Xalid Əliyev və Fərrux Səfərov Yunanıstanın İraklion şəhərində keçirilən gənclər arasında qılıncoynatma üzrə dünya kuboku yarışlarında iştirak ediblər.

BrendSport.az xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov gənc şpaqaçıların şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. R.Həsənov 1/64 finalda avstriyalı Yan Şuhman üzərində 15:6 hesablı qələbə qazanıb. İdmançımız növbəti mərhələdə rusiyalı Dmitri Şvelidzeyə 8:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran X.Əliyev də turnirin 1/64 finalına vəsiqə qazanmağı bacarıb. Şpaqaçımız bu mərhələdə fransalı Rafael Dominiçiyə 12:15 hesabı ilə məğlub olub.

Qrupda keçirdiyi 6 görüşdən 3-nü qalibiyyətlə başa vuran F.Səfərov isə 1/64 finalda Çex Respublikası təmsilçisi Adam Osiçkaya 7:15 hesabı ilə uduzub.

Şpaqaçılarımız yarışın sonuncu günündə komanda yarışında qüvvələrini sınayıblar. R.Həsənov, F.Səfərov və X.Əliyevdən ibarət komandamız 1/16 finalda braziliyalı həmkarlarına 21:45 hesabı ilə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş