Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləşçilərimiz Çeçenistanda üçüncü olublar



Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə “Əhməd Kadırov” turniri keçirilib.

BrendSport.az xəbər verir ki, komanda yarışında ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborovdan (125 kq) ibarət kollektiv təmsil edib.

Üçüncü dərəcəli beynəlxalq hakim Bəşir İsazadənin ədaləti qoruduğu turnirdə 6 komandanın iştirakı nəzərdə tutulsa da, son anda Özbəkistan güləşçilərinin Qroznıya səfəri baş tutmayıb. Beş komanda (“Axmat”, Avropa, Azərbaycan, Qırğızıstan, Monqolustan) dairəvi sistem üzrə mübarizə aparıb. Qırğızıstan (10:0) və Monqolustana (8:2) qalib gələn millimiz “Axmat” (3:7) və Avropaya (4:6) məğlub olub. Yekunda 3-cü yeri tutan yığmamız 22 min ABŞ dolları pul mükafatına sahib çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş