Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan milli polo komandası ABŞ-da beynəlxalq kubok turnirində ilk oyununu keçirəcək

Azərbaycanın milli polo komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və “PAŞA Sığorta”nın sponsorluğu ilə noyabrın 24-də ABŞ-ın Florida ştatındakı “Grand Champions Polo Club”da start götürəcək polo üzrə beynəlxalq kubok yarışında ilk oyununu keçirəcək.

“Grand Champions Polo Club”un təşkilatçılığı ilə baş tutacaq turnir payız mövsümünün son həftəsində keçirilən ən böyük polo yarışıdır. 2012-ci ildən etibarən altı dəfə çempion olan ABŞ komandası bu dəfə dünyanın ən məşhur güclü polo yığmasını - “Odlar Yurdu” Azərbaycanın seçmə kollektivini qarşılayacaq.

Yüksək səviyyədə təşkil olunan turnirdə bir çox ölkələr, o cümlədən Azərbaycan, Argentina, Braziliya, Kanada, Çili, Ekvador, İngiltərə, Fransa, Hindistan, Meksika, Yeni Zelandiya, Nigeriya və Cənubi Afrika təmsilçiləri iştirak edəcəklər.

Yığmamızın start heyətində Elçin Camallı, Amil Namazov, Andres Laplasette, Adrian Laplasette və Rəşad Həsənov yer alacaqlar. Komandanın baş məşqçisi Namiq Orucovdur.

Andres Laplasette bildirib ki, Amerikada olmaq yeni bir təcrübədir. Burada olmaqdan məmnunuq. ABŞ-da bizi çox yaxşı qarşıladılar. Altı il əvvəl yaradılmış yığmamızın əsas məqsədi böyük bir komanda olmaqdır. Məqsədimiz oyunçularımızı inkişaf etdirmək və irəli aparmaqdır. Oynamağa hazırıq və möhtəşəm bir şou göstərmək niyyətindəyik.

Ölkəmizin polo üzrə nailiyyətlərinin davamı olaraq, komandamız sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində ilk dəfə iştirakçısı olduğu Avropa çempionatında ikinci yeri tutaraq gümüş medallara layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş