Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün milli komandamız da meydana çıxır



Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. Yeni təsis edilən yarışda D Liqasında yer alan milli pley-off mərhələsinə yüksələmək və AVRO-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün 3-cü qrupda birinci yeri tutmalıdır. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb. Oktyabrın 12-də Torshavnda baş tutmuş görüşdə Riçard Almeyda dubl etdiyi halda, Dimitri Nazarov bir qol vurub.

Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadırlar. Hazırda 3-cü qrupun lideri 8 xala malik Kosovodur. İkinci yerdəki Azərbaycanın 6, son sıradakı Maltanın 2 xalı var. Bu gün Azərbaycan evdə xal itirərsə, Kosovo səfərdə Maltaya qalib gəlməklə pley-offa vəsiqəni təmin edə bilər. Ona görə də milli Bakıda mütləq qalib gəlməli, 1-ci yerin taleyini Kosovo ilə səfər oyununa saxlamalıdır.

UEFA Millətlər Liqası

D Liqası, III qrup

V tur

17 noyabr


21.00 Azərbaycan - Farer adaları
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (Cənubi Kipr).
Hakim-inspektor: Volodimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya).
Bakı Olimpiya Stadionu.

1	Kosova	        4	2	2	0	6:2	8
2	Azərbaycan	4	1	3	0	5:2	6
3	Farer adaları	4	1	1	2	4:7	4
4	Malta	        4	0	2	2	4:8	2


Facebook-da paylaş

Xəbəri paylaş