Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz İranda üçüncü yeri tutdu



Azərbaycanın sərbəst güləşçilərdən ibarət yığması İranın Məşhəd şəhərində yeniyetmələr arasında "Seyid Cəfər Musəvi Kuboku”nda üçüncü yeri tutub.

Komanda yarışında məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsiblidən (110 kq) ibarət heyət təmsil edib.

Yığma İranın 3 komandası ilə eyni qrupda yer alıb. İlk qarşılaşmada 8:2 hesabıyla qalib gələn millinin növbəti görüşündə bərabərlik qeydə alınıb - 5:5. Lakin təşkilatçılar qələbəni rəqibə verib. Günün sonunda isə yığma növbəti İran təmsilçisini 9:1 hesabıyla məğlub edərək qrupda ikinci yeri tutub. Ardınca Ukraynaya 7:3 hesabıyla qalib gələn milli bürünc medalın sahibi olub.

Qeyd edək ki, turnirdə Azərbaycanı hakim qismində Kamran Əliyev təmsil edib.


Facebook-da paylaş

Xəbəri paylaş