Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz bərabərliklə kifayətləndi



UEFA Millətlər Liqasında IV tura start verilib. D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edib. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumaq istəyirdi.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olub. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilərdi.

Ancaq meydanı ilk yarıda məğlub tərk edən millimiz ikinci hissədə Araz Abdullayevin qoluyla bərabərliyi bərpa etsə də, bundan artığına gücü çatmayıb və 1:1 bərabərliklə kifayətlənməli olub.

Qeyd edək ki, Farer adaları - Kosovo oyunu da 1:1 hesabı ilə yekunlaşıb.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr


20:00. Azərbaycan - Malta - 1:1
Qol: Muskat, 37 (0:1), Araz Abdullayev, 53 (1:1)

20:00. Farer adaları - Kosovo 1:1

IV turdan sonra qrupda vəziyyət belədi: Kosovo - 7, Azərbaycan - 5, Farer Adaları - 3, Malta - 1


Facebook-da paylaş

Xəbəri paylaş