Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Güləşçilərimiz olimpiadada mübarizəyə başlayır



Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

Oktyabrın 12-də Olimpiadada güləş yarışlarına start veriləcək. Olimpiadada ölkəmizi iki güləşçi təmsil edir. Şahanə Nəzərova (43 kq) Braziliya, Misir, Fransa, Hindistan, Moldova, Monqolustan, Yeni Zelandiya, Nigeriya və ABŞ təmsilçisi ilə mübarizə aparacaq. Turan Bayramovun (65 kq) rəqibləri isə Misir, İran, Yeni Zelandiya, Pakistan və ABŞ güləşçisi olacaq. Oktyabrın 13-də Ş.Nəzərova, ertəsi gün isə T.Bayramov xalça üzərinə çıxacaqlar.

İlk görüşlər Bakı vaxtı ilə saat 17.00-da, medal qarşılaşmaları isə gecəyarısı başlayacaq.

Reqlamentə əsasən, iştirakçılar iki qrupda (A, B) mübarizəyə start verəcək. Qrup qalibləri finala vəsiqə qazanacaq. İkinci yeri tutanlar isə bürünc medal uğrunda görüşə çıxacaq. Bu gün axşam saatlarında qrupların püşkü atılacaq.

Qeyd edək ki, Şahanə 2017-ci ildə, Turan isə bu il dünya və Avropa çempionu olub. İdmançılarımız Olimpiya Oyunlarına vəsiqəni mayın 14-20-si aralığında Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında əldə edib.


Facebook-da paylaş