Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: voleybol millimiz İtaliyaya məğlub oldu

Dünya çempionatı: voleybol millimiz İtaliyaya məğlub oldu

Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.

Komandamız İtaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (25:12, 25:19, 15:10) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti oyununu oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək.

"F" qrupunda İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb. ABŞ 16 xalla ikinci, Rusiya 15 xalla üçüncü, Çin 12 xalla dördüncü, Tailand 10 xalla beşinci yerdədir. Hesabında 9 xal olan Türkiyə yığması altıncıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla yeddinci-səkkizinci pilləni bölüşürlər.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş