Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boksçularımız Avropa Çempionatına 7 boksçu ilə yollanacaq



Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi keçiriləcək.

Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunacaq.

Komandamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək.

Sumqayıtda təlim-məşq toplanışında olan yığmamız yarışa hazırlığı oktyabrın 7-də başa vuracaq. Boksçularımız həmin gün axşam saatlarında isə Rusiyaya yollanacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş