Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramil Mahirin müdafiəsinə qalxdı



Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Qarabağ”ın futbolçusu Mahir Mədətovun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Arsenal”la keçirilən görüşdə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Rusiyanın “Krılya Sovetov” klubunda forma geyinən futbolçu sosial şəbəkə hesablarında bu barədə paylaşım edib. O, millidə komanda yoldaşı olan gənc hücumçunu müdafiə edib, azarkeşləri yerli futbolçulara dəstək olmağa çağırıb:

“Salam qardaşlar!

Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!

Nəyə görə? Niyə?

O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!

Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!

Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!

Çox sağ olun!”


Qeyd edək ki, Mahir Mədətovun “Arsenal”la görüşdə bir neçə qol epizodunu dəyərləndirə bilməməsi azarkeşlərin etirazına səbəb olub.


Facebook-da paylaş

Xəbəri paylaş