Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin üzvünün komandası qələbə qazandı



Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Dəniz də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 71-ci dəqiqəsində meydana buraxılıb.

“Gənclərbirliyi” 2 turdan sonra 6 xalla 18 kollektiv arasında 3-cüdü.


Facebook-da paylaş

Xəbəri paylaş