Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Hamısı nəzarətimizdədi" - Qurban Qurbanov



Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Rusiyanın "Krılya Sovetov” komandasının formasını geyinən Azər Əliyevin yığmaya çağrılıb-çağırılmayacağı ilə bağlı danışıb.

Çalışdırıcı Rusiyada doğulan 24 yaşlı cinah yarımmüdafiəçisini nəzarətdə saxladıqlarını deyib:

"Hamısı nəzarətimizdədi. Ola bilər ki, həmişə dəvət olunan futbolçu çağırılsın və ya əksinə. Ümumən götürsək, axtarışdayıq, nəzarətdə saxlayırıq. Kimisə çağırmaq istəyiriksə, hərənin öz vaxtı olacaq. Bu gün desəm ki, Azər Əliyevi mütləq çağıracağam, düzgün olmaz. Amma nəzarətdədi, oyunlarına baxırlar”.

Qeyd edək ki, Azər Əliyev 1994-xü ilin 12 mayında Rusiyanın Krasnoyarsk şəhərində dünyaya gəlib. Peşəkar karyerasına 2012-ci ildə "Yenisey" klubunda başlayan yarımmüdafiəçi 2013-cü ildə "Saxalin"ə icarəyə verilib. Ötən ilin yayında "Krılya Sovetov"a trasfer olunan 24 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 39 rəsmi oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş