Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz mövqeyində qaldı



Futzal üzrə milli komandaların yeni reytinqi açıqlanıb. Siyahıda planetin 165 yığması yer alıb.

Bunlardan 115-ci əsas cədvəldə, 50-i isə sıralamadan kənar verilib. Reytinqdə son siyahı ilə müqayisədə ciddi dəyişiklik olmayıb. Bu da hesabat dövründə beynəlxalq görüşlərin azlığı ilə bağlıdı.

Cədvəlin ilk 10 pilləsində komandalar mövqeyini qoruyub. Azərbaycan millisi 1440 xalla 10-cu yerdə qalıb. Joze Alesionun yetirmələri 9-cu olan Ukraynadan 42 xal geri qalır. Millimizlə 11-ci olan Paraqvay arasında isə 37 xal fərq var.

Qeyd edək ki, cədvələ 1935 xala malik Braziliya başçılıq edir.

İlk “onluq”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1696

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440


Facebook-da paylaş

Xəbəri paylaş