Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Nur” həndbolçuları XV turun mərkəzi oyununda minimal hesablı qələbə qazanıblar



Qadın həndbolçular arasında Azərbaycan çempionatının XV turuna iki oyunla start verilib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, günün ilk oyununda matçın favoriti hesab olunan "Azərsu" həndbolçuları "İdman Akademiyası" təmsilçilərinə asanlıqla qalib gəliblər - 34:16.

Turun mərkəzi oyununda isə "Azəryol" və "Nur" komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş son ölkə çempionu "Nur"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 29:28.

Tura martın 27-də "Qarabağ" və "Gənclər Birliyi" kollektivlərinin qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, XVI tura martın 30-da Mingəçevirdə "Nur" - "Azərsu" görüşü ilə start veriləcək. Aprelin 1-də isə "İdman Akademiyası" - "Gənclər Birliyi", "Azəryol" - "Qarabağ" oyunları ilə başa çatacaq.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş