Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Synergy Baku”dan mövsümdə ilk qalibiyyət



BrendSport.az saytı xeber verir ki, Ölkəmizin şosse velosipedi üzrə “Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb – Türkiyənin Alanya şəhərində keçirilən birgünlük Alanya Qran-Prisi Elit yığmamızın və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 km-dən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib. Alanya Qran-Prisində Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətlə mübarizə aparan “Synergy Baku”nun əla komanda işinin nəticəsi olaraq Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vurub və ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlamaqla “solo-finiş” edib. Bu qalibiyyət velosipedçimizə həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.

Qeyd edək ki, “Synergy Baku”nu həftəsonu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir - velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı, 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş