Əsas Səhifə > Maraq > Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub

Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub


31-03-2023, 17:44
Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qoruyub


Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.
BrendSport.az xəbər verir ki, ilk onluqda Azərbaycanın bir təmsilçisi yer alıb.
Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək 16-cı yerə enib.
Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) isə 100-cü sıradan 98-ci pilləyə qalxıb.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Din Liren (2788) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-ci, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərarlaşıblar.
Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu hindistanlı Xampi Koneru (2576) və FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2565) izləyirlər.
Geri qayıt