Əsas Səhifə > Maraq > Murad Musayev: "Beşiktaş"la oyun aprelin sonlarında olacaq"

Murad Musayev: "Beşiktaş"la oyun aprelin sonlarında olacaq"


16-03-2023, 08:31


"Klub rəhbərliyi "Beşiktaş"la danışıqlar aparır. Oyun çox güman ki, aprelin sonlarında olacaq".

BrendSport.az
saytı xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda Türkiyə "Beşiktaş"ına qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə "CBC Sport"a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, milli komandaların matçları ilə bağlı yaranan fasilə zamanı belə bir oyun oynamağa hazır deyillər: "Çünki çox futbolçumuz yığmalara gedəcək. Hər halda bu cür görüşü əsas heyətlə keçirmək istərdik".

Daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib ki, İstanbul təmsilçisi ilə oyun üçün Premyer Liqanın digər komandalarından futbolçu götürə bilərlər. Musayev bu məsələdə "köhlən atlar"a kömək etməyə hazır olduqlarını vurğulayıb: "Qarabağ"a heyətlə bağlı kömək lazımdırsa, bu barədə Qurban Qurbanovla danışa bilərik".
Geri qayıt