Əsas Səhifə > Maraq > “Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır

“Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır


22-01-2023, 14:11
“Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır


Səudiyyənin “Əl-Nəsr” klubu “Olimpiakos”un braziliyalı müdafiəçisi Marselonu heyətinə qatmaq istəyir.
BrendSport.az xarici KİV-ə istinadla xəbər verir ki, səudiyyəlilər Madrid klubunun sabiq kapitanı ilə maraqlansalar da, hələlik ona təklif verməyiblər. Qeyd olunur ki, braziliyalının dəvətinin təşəbbüskarı komandaya yeni qatılan Kriştiano Ronaldo olub. O, Marselo ilə uzun müddət "Real Madrid"də çıxış edib.
Xatırladaq ki, Marselo 2007-2022-ci illərdə "Real"ın futbolçusu olub. Komandanın heyətində keçirdiyi 546 oyunda müdafiəçi 38 qol vurub və 103 məhsuldar ötürmə edib. "Real Madrid"lə Marselo 25 kubok qazanıb. 2022-ci ilin sentyabrından Marselo Yunanıstan "Olimpiakos" klubu ilə müqavilə başlayıb. Müqavilənin müddəti yayda başa çatır.
Geri qayıt