Əsas Səhifə > Maraq > “Yuventus” klubu yeni rekorda imza atıb

“Yuventus” klubu yeni rekorda imza atıb


20-01-2023, 19:00
“Yuventus” klubu yeni rekorda imza atıb


“Yuventus” klubu İtaliya kuboku yarışının dörddəbir final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb.
BrendSport.az xəbər verir ki, Turin klubu buna səkkizdəbir finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub.
Ardıcıl 16-cı dəfə ölkə kuboku yarışında dörddəbir finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007-ci il mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubok yarışında səkkizdəbir final səddini aşa bilməyib.
Qeyd edək ki, “Yuventus” dörddəbir finalda “Latsio” ilə qarşılaşacaq. Oyun fevralın 1-də Romada keçiriləcək.
Geri qayıt