Əsas Səhifə > Maraq > “Kəpəz”dən Antalyada böyük hesablı qələbə

“Kəpəz”dən Antalyada böyük hesablı qələbə


18-01-2023, 18:00
“Kəpəz”dən Antalyada böyük hesablı qələbə


Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan Gəncənin “Kəpəz” klubu sonuncu yoxlama matçına çıxıb.
BrendSport.az xəbər verir ki, Gəncə təmsilçisi Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. Oyun “Kəpəz”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda Ahmed Ayzaya dubl edib, digər qolu isə Mate Kvirkviya vurub.
Qeyd edək ki, ilk yoxlama matçında Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt”i 1:0 hesabı ilə məğlub edən baş məşqçi Tərlan Əhmədovun komandası ikinci oyunda Serbiyanın “Novi Pazar” klubu ilə qolsuz heç-heçə edib.
Geri qayıt