Əsas Səhifə > Maraq > “Qarabağ” Serbiyanın “Çukariçki” klubuna minimal hesabla qalib gəlib

“Qarabağ” Serbiyanın “Çukariçki” klubuna minimal hesabla qalib gəlib


18-01-2023, 15:45
“Qarabağ” Serbiyanın “Çukariçki” klubuna minimal hesabla qalib gəlib


Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, Ağam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib – 1:0.
Matçda yeganə qolu “Qarabağ”ın kolumbiyalı futbolçusu Kevin Medina vurub.
Baş məşqçi Qurban Qurbanovun komandası bu gün daha bir oyunda gücünü sınayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da Ağdam təmsilçisinin Antalya toplanışı başa çatacaq.
Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.
Geri qayıt