Əsas Səhifə > Maraq > Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşünün vaxtı açıqlanıb

Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşünün vaxtı açıqlanıb


18-01-2023, 12:30
Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşünün vaxtı açıqlanıb


Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.
Brendsport.az UFC-yə istinadla xəbər verir ki, təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirində gücünü sınayacaq.
Turnirin əsas döyüşündə R.Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq.
Qeyd edək ki, R.Fiziyev ötən il Rafael Dos Anosa qalib gəlib, C.Qeyci isə Çarlz Oliveyraya (hər ikisi Braziliya) uduzub.
Geri qayıt