Əsas Səhifə > Maraq > “Turan Tovuz” sonuncu yoxlama oyununda qələbə qazanıb

“Turan Tovuz” sonuncu yoxlama oyununda qələbə qazanıb


17-01-2023, 18:50
“Turan Tovuz” sonuncu yoxlama oyununda qələbə qazanıb


“Turan Tovuz” klubu Antalyadakı təlim-məşq toplanışını qələbə ilə başa vurub.
BrendSport.az xəbər verir ki, Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Ayxan Hüseynov və Denis Marandiç vurublar.
İlk yoxlama matçında Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabı ilə uduzan Tovuz təmsilçisi növbəti oyunda İsveçrənin “Aarau” komandasına qalib gəlib - 1:0.
Komanda yanvarın 18-də hazırlığı başa vuraraq Vətənə qayıdacaq.
Geri qayıt