Əsas Səhifə > Maraq > Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb


10-02-2022, 11:10
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb


Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olaraq oyunu idarə edəcək. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək.
Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.
Geri qayıt