Əsas Səhifə > Maraq > Futzal üzrə Azərbaycan millisi indiyədək Avropa çempionatlarının final mərhələsində 6 qələbə qazanıb

Futzal üzrə Azərbaycan millisi indiyədək Avropa çempionatlarının final mərhələsində 6 qələbə qazanıb


14-01-2022, 15:27
Futzal üzrə Azərbaycan millisi indiyədək Avropa çempionatlarının final mərhələsində 6 qələbə qazanıb


Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək 16 komandadan dördü – Finlandiya, Bosniya və Herseqovina, Slovakiya və Gürcüstan debütantdır. Qalan 12 milli müxtəlif illərdə qitə birinciliyinin final mərhələsində iştirak edib. Təbii ki, ən çox çempionluq sevincini isə İspaniya millisi yaşayıb – 7 dəfə. İtaliya 2, Rusiya və Portuqaliya hərəyə bir dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, milli komandamız qitə birinciliyinin final mərhələsində 2010-cu ildən iştirak etməyə başlayıb. Millimiz indiyədək final mərhələlərində 15 oyun keçirib. Bu matçların 6-da qələbə qazanan komandamız 18 xal toplayıb. Serbiya da millimiz qədər xal toplayıb, lakin onlar 2 oyun az keçirib. Siyahıya isə İspaniya başçılıq edir. Bu komanda son 5 qitə birinciliyində digər komandalardan daha çox oyun keçirib. Daha doğrusu, bütün mərhələlərdə iştirak edib.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Geri qayıt